Commons talk:Licensing/az

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Əliyev Namizəd Ərəstun oğlu Sabirabad rayonunda fəaliyyət göstərən “Suqovuşan” qəzetinin baş redaktoru

  • Doğulduğu il: 1962
  • Doğulduğu yer: Sabirabad şəhəri
  • Vəzifəsi: Sabirabad rayonunda çıxan “Suqovuşan” qəzetinin baş redaktoru
  • Atası: Əliyev Ərəstun Əmir oğlu
  • Anası: Əliyeva Nisə Sadıq qızı
  • Övladları: Nüşabə, Rəna

Mükafatları[edit]

SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistlər Assosiyasının üzvü, “2010-cu ilin idman jurnalisti”, “Qızıl qələm”, “H.B. Zərdabi” mükafatları laureatları.

Həyatı[edit]

Əliyev Namizəd Ərəstun oğlu 1 yanvar 1962-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1969-cu ildə Sabirabad şəhər M. Ə. Sabir adına orta məktəbin birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1980-82-ci illərdə Moskva vilayətinin Serpuxov şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi hissədə çıxan “Boyevoy listok” divar qəzetinin redaktoru olmuşdur. Moskva vilayətində 44 hərbi hissənin əsgərləri arasında keçirilən siyasi bilik yarışmasında I yeri tutmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1982-ci ilin dekabrından 2012-ci ilin dekabrınadək Sabirabad rayonunda çıxan “Suqovuşan” (əvvəlki “Muğan”) qəzetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2012-ci ilin dekabrından “Suqovuşan” qəzetinin baş redaktorudur. Atası Əliyev Ərəstun Əmir oğlu uzun müddət “Muğan” (hazırki “Suqovuşan”) qəzetində baş redaktorun müavini işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü Ə. Əliyev “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. 1976-cı ildə vəfat etmişdir. Anası Əliyeva Nisə Sadıq qızı 1962-ci ildən 2002-ci ilə qədər Sabirabad rayon Avtovağzalının müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə vəfat etmişdir. N. Əliyev 1988-ci ildə ailə həyatı qurmuşdur. Nüşabə və Rəna adlı qız övladları var. Namizəd Əliyev mətbuat sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə görə “2010-cu ilin idman jurnalisti”, “Qızıl qələm”, “H.B. Zərdabi” mükafatlarına, Sabirabad rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının və MİHİ rayon komitəsinin dəfələrlə Fəxri fərmanlarına layiq görülmüşdür. SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistlər Assosiyasının üzvüdür. — Preceding unsigned comment added by F00der (talk • contribs) 10:45, 24 January 2017 (UTC)[reply]

.[edit]

. Eşqin Asgarli 01 (talk) 20:53, 25 May 2019 (UTC)[reply]

. Eşqin Asgarli 01 (talk) 20:53, 25 May 2019 (UTC)[reply]

. Eşqin Asgarli 01 (talk) 20:54, 25 May 2019 (UTC)[reply]

. Eşqin Asgarli 01 (talk) 20:54, 25 May 2019 (UTC)[reply]

. Eşqin Asgarli 01 (talk) 20:54, 25 May 2019 (UTC)[reply]