User:Hüseynova Nərgiz Mir-Bağır qızı

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Hüseynova Nərgiz Mir Bağır qızı, 1 iyun 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1951-1961 -ci illərdə 132 saylı məktəbi , 1961-1967-ci illərdə isə Azərbaycan Tibb İnstitutunun pediatriya fakultəsini bitirmişdir. 1967-1970 illərdə 3 № saylı Caparidze adına xəstəxanada həkim-pediatr kimi fəaliyyət göstərmişdir. Əziz Əliyev adına Azəybaycan həkimləri təkmilləşdirmə institutunda (1970-1974) aspiranturada oxumuşdur, 1974 -cü ildən 1975-ci ilədək həmin institutda assistent vəzifəsində işləməyə davam etmişdir.

1975-1989-cu illərdə Pediatriya İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 

1989-1990-cı ildə Azərbaycan Tibb Universitetinin Uşaq yoluxucu xəstəlikləri kafedrasında assistent kimi işləmiş, 1990 ildə Moskva şəhərində doktorluq elmi işini müvəffəqiyyətlə başa çatdırmışdır.1991-cı ildə professor elmi adına layiq görülmüşdür. Hüseynova Nərgiz xanım 2012-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayına kimi Uşaq yoluxucu xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar müəllim” adı ilə təltif edilmişdir. 2022 - ildə Nərgiz xanım Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin əmri ilə məsləhətçi- professor kimi fəalliyətini davam etmişdir.